QR CodeQR Code

"Edam qərarı mümkündür"

12 Nov 2012 07:47

IslamTimes - “Siyasi cinayətlərlə bağlı olmasa da terror törədənlər və ölümə şərait yaradanlarla bağlı edam qərarını müzakirə etmək əlbəttə ki, mümkündür”.


“Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə baş nazir Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.

“Beynəlxalq ictimaiyyət yalnız Avropa birliyindən ibarət deyil. ABŞ, Çin, Rusiya və Yaponiyada da edam tətbiq olunur. Siyasi cinayətlərlə bağlı olmasa da terror törədənlər və ölümə şərait yaradanlarla bağlı edam qərarını müzakirə etmək mümkündür”.

Ərdoğan Türkiyə hökumətinin hansı sistemdən istifadə edcəyi ilə də bağlı jurnalistlərin suallarını cavablandırıb: “Konstitusiya Komissiyasına verilən AKP təklifləri sırasında ABŞ-ın da prezidentlik sistemi məsləhət görülüb. Lakin mən ancaq ABŞ sistemi olsun demirəm. Elə çalışaq ki, Türk sistemi olsun. Çox fərqli sistemlərin bizə fayda verə biləcək tərəflərindən yararlanaq. Bir sözlə, ən ideal üçün qərar verək”.


Story Code: 211145

News Link :
https://www.islamtimes.org/az/news/211145/edam-qərarı-mümkündür

Islam Times
  https://www.islamtimes.org