QR CodeQR Code

Yukiya Amano: İran nüvə proqramı dinc məqsəd daşıyır

İslamtimes , 12 Nov 2012 13:18

İslamtimes - Beynəlxalq Atom Enerji Agentliyinin Baş Direktoru Yukiya Amano deyib ki, İran nüvə obyektləri dinc məqsədlər üçün istifadə edilir.


www.islamtimes.org/az/ - Bazar günü Rusiyanın gündəlik dərc edilən “Rossiyskaya Qazeta” qəzetinə müsahibə verən Amano təsdiq edərək deyib ki, İranda olan nüvə enerji obyektlərinin əksəriyyəti agentliyin nəzarəti altındadır və dinc məqsədlər üçün istifadə edilir.

BMT-nin nüvə məsələləri üzrə rəhbəri qeyd edərək bildirib ki, agentliyin yüksək səviyyəli nümayəndə və ekspertləri bir neçə dəfə İranın nüvə obyektlərində olmuş və hesabat verərək bildirmişdilər ki, İranın nüvə silahı yoxdur və bu obyektlər dinc məqsədlər üçün istifadə edilir.

Beynəlxalq Atom Enerjisi Agentliyi İran ilə nüvə enerjisi proqramına görə növbəti müzakirələri 2012-ci il 13 dekabrda həyata keçirəcəklər.

İran ilə agentlik arasında olan müzakirələrin sonuncu mərhələsi 24 avqust 2012-ci ildə Avstryanın paytaxtı Vyanada keçirilmişdir.

Beynəlxalq Atom Enerjisi Agentliyinin İran nüvə obyektlərində dəfələrlə apardığı araşdırmalara və İranın nüvə enerjisindən dinc məqsədlər üçün istifadə etdiyini élan etməsinə baxmayaraq ABŞ, İsrail və onların bəzi müttəfiqləri İranı nüvə silahı istehsal etməkdə ittiham edirlər.

İran isə öz növbəsində bu ittihamları rədd edərək nüvə texnalogiyasından dinc məqsədlər üçün istifadə etməyə tam haqqının olduğunu bəyan edir.


Story Code: 211216

News Link :
https://www.islamtimes.org/az/news/211216/yukiya-amano-iran-nüvə-proqramı-dinc-məqsəd-daşıyır

Islam Times
  https://www.islamtimes.org