0
Tuesday 13 November 2012 - 06:39

Yaponiya parlamenti yaxın günlərdə buraxıla bilər

Story Code : 211428
Yaponiya parlamenti yaxın günlərdə buraxıla bilər
Kiodo agentliyinin məlumatına görə, Nümayəndələr palatası noyabrın 22-də buraxıla bilər. Yeni seçkilər isə dekabrın 16-sı və ya 22-nə təyin olunmalıdır.

Baş nazir bəzi həlledici qanun layihələrini parlamentdən keçirmək ümidini itirdikdən sonra bu qərara gəlib. Onun təmsil etdiyi Demokrat partiyasının rəhbərliyi parlamentin buraxılması qərarı ilə razı deyil. Sorğulara əsasən, hazırda müxalifətdə olan Liberal-demokrat partiyasının lideri Sindzo Abe baş nazirdən populyardır.
Comment