0
Tuesday 13 November 2012 - 11:37

Sünni-şiə birliyi

Story Code : 211478
Sünni-şiə birliyi
Tədbirdə İslam dünyasında mövcud olan sünni-şiə qarşıdurması sərt ifadələrlə tənqid olunub. Məruzəçilər bildiriblər ki, imperialist maraqlara söykənən Qərb bu qarşıdurmadan yararlanaraq islam dünyasında fitnələr törədir. Ona görə də müsəlman ümməti monolit şəkildə birləşib anti-İslam güclərinin planlarını alt-üst etməlidir.

2 gün davam edən konfransın təşkilatçısı Qazi Hüseyin Əhməd vurğulayıb ki, bu kimi tədbirlər müsəlman dünyasının birlik və bütövlük arzularını daha da yaxınlaşdırır:“Və müsəlmanlar bir birinə daha yaxın olurlar.“
Türkiyənin Səadət partiyasının təmsilçisi Azxan Əsaib Türk bildirib ki, İslam sadəcə din deyil,həm də bir yaşam kodeksidir. O, təəssüflə qeyd edib ki, Birləşmiş Millətlər Təşkilatı sionizmdən asılı vəziyyətə gətirilib. Natiq onu da deyib ki, Suriya məsələsini NATO və digər yabançı güclər yox, yerli xalq həll etməlidir.
Əfqanistanın sabiq xarici işlər naziri Əhməd Şah Əhmədzaysa bildirib ki, ABŞ super-güc deyil, dünyada real super-güc İslamdır. Amerikalıları terrorçu adlandırıan natiq onu da qeyd edib ki, onların təlim keçdiyi əfqanlar silahları məhz onlara qarşı çevirirlər...
Şiə mərkəzinin lideri Seyid Əli Naqvi bəyan edib ki,təmsil etdiyi Pakistanda sünni-şiə qarşıdurması artıq tarixə qovuşub: “Hazırda qarşıdurmadan yox, xoş münasibətlərdən danışmaq olar.“
/HaqqYolu/
Elbəyi HƏSƏNLİ
Comment