0
Tuesday 13 November 2012 - 15:22

Əl Qaidə terrorçuları Türkiyə-Suriya sərhəddinə yerləşdirilib

Story Code : 211529
Əl Qaidə terrorçuları Türkiyə-Suriya sərhəddinə yerləşdirilib
Əl Qaidə terrorçuları Türkiyə-Suriya sərhəddinə yerləşdirilib
Islam times.org/az/ - Bu arada Suriya ordusu Hələb yaxınlığında olan Şeyx Səid ərazisində öz əməliyyatlarını davam etdirmiş və ərazidə olan xeyli terrorçunu zərərsizləşdirdikdən sonra ərazini “təhlükəsiz zona” adlandırmışdır.

Türkiyə ABŞ, Səudiyyə Ərəbistan və Qətər ilə birgə terroristlərə və Suriyadakı silahlı üsyançılara dəstək verərək BMT-nin və beynəlxalq təşkilatların qanunlarını pozmuşdular.

Keçən ay Ərəb mediasındakı mənbədən bildirmişdilər ki, Türk hökuməti Yəməndən Suriyalı terroristlərə və üsyançılara təlim keçmək üçün baza açmasını xahiş etmişdir.

Barakiş xəbər agentliyinin verdiyi məlumata əsasən bu tələb Türkiyə xarici işlər naziri Əhməd Davutoğlunun oktyabr ayında Yəmənə səfəri zamanı ortaya qoyulmuşdur.

Mənbə həmçinin açıqlayaraq bildirib ki, Türkiyə xarici işlər naziri Yəmənli rəsmilər ilə Azad Suriya Ordusu üçün Rusiya istehsalı olan silahların satın alınması haqqında razılığa gəlib.
Source : İslamtimes
Comment