QR CodeQR Code

QÜDSDƏ QARŞIDURMALAR ARTMAQDA DAVAM EDİR!

28 Feb 2010 15:05

Sionist rejimi hərbçiləri ilə Fələstinli cavanlar arasında olan qarşıdurmalar daha da şiddətlənir!


İslamtimes: Fələstin televiziya kanallarının verdiyi məlumatlara əsasən bu gün sübh saatlarından başlayaraq sionist rejimi hərbçiləri ilə fələstinli cavanlar arasında qarşıdurmalar baş vermişdir.

Baş vermiş qarçıdurma sübh saatlarında sionist rejiminə məxsus hərbi qüvvələrin müxtəlif nöqtələrdən əl-Əqsa məsdidinə etdikləri yürüşlərdən sonra başlamışdır.

Əl-Əqsa məscidinə yürüş etmiş sionist rejimi hərbçiləri məscidin qapılarını bağlayaraq 50 yaşdan aşağı insanların məscidə daxil olmalarının qadağan olduğunu bildiriblər.

Fələstin mənbələri əlavə edərək 200 yüzdən artıq israil polisinin məscidi mühasirəyə aldıqlarını və onlarla namaz qılan şəxsləri məsciddə həbs etdiklərini bildirmişdir.

Fələstin mənbələrinin verdiyi məlumata əsasən bu gün səhər sahatlarında baş vermiş qarşıdurmada yaralanan fələstinlilərin sayı 12 nəfərə çatmışdır.


İslamTimes
Redaksiya ilə əlaqə ünvanı: infoaz@islamtimes.org
Materialdan istifadə edərkən, “İslamTimes”-a istinad zəruridir.


Story Code: 21156

News Link :
https://www.islamtimes.org/az/news/21156/qüdsdə-qarşidurmalar-artmaqda-davam-edir

Islam Times
  https://www.islamtimes.org