0
Tuesday 13 November 2012 - 19:51

İran MAQATE ilə danışıqlarda uğura ümid edir

Story Code : 211593
İran MAQATE ilə danışıqlarda uğura ümid edir
Bu barədə İran Xarici işlər naziri Əli Əkbər Salehi bildirib, - “Utro” xəbər verir.

“Biz ümid edirik ki, keçiriləcək görüş İran üçün nüvə məsələsi ətrafında münaqişənin həlli üçün uğurlu addım olacaq. Biz həmçinin inanırıq ki, bu görüşdə MAQATE ilə əməkdaşlığımızda uğurlar əldə olunacaq”, - deyə XİN rəhbəri bildirib.

İran ilə MAQATE arasında danışıqların gələn həftə keçirilməsi nəzərdə tutulub. Bundan əvvəl MAQATE rəhbəri Yukio Amano bildirib ki, onlar heç bir zaman İranın nüvə silahı istehsal etdiyini iddia etməyib. /Deyerler/
Comment