QR CodeQR Code

"Əl-Qaidənin" liderlərindən biri azadlığa buraxıldı

13 Nov 2012 20:57

IslamTimes - Radikal müsəlman din xadimlərindən və "Əl-Qaidənin" liderlərindən biri olan Əbu Qatada İngiltərədəki xüsusi rejimli həbsxana olan "Lonq Lartin"i bu gün tərk edib.


"Sky" telekanalının verdiyi xəbərə görə, Əbu Qatadanın saxlanmasına hər il İngiltərə büdcəsindən 8 milyon dollar xərclənir.

Bazar ertəsi İngiltərənin immiqrasiya appelyasiyası üzrə xüsusi komissiyası Əbu Qatadanın Britaniyadan deportasiya edilməyəcəyi haqda qərar verib. Əbu qatada İordaniya vətəndaşıdır və deportasiya olunacağı təqdirdə öz ölkəsinə təhvil verilməlidir. Amma onun vəkilləri müvəkkillərinin İordaniyaya verilməsinə etirazı barədəki ərizəsini komissiyaya təqdim etdikdən sonra, belə bir qərar çıxarılıb.

Vəkillərini dediyinə görə Əbu Qatada İordaniya məhkəməsinin "ədali qərar çıxaracağına" şübhə ilə yanaşdığına görə, deportasiyasının əleyhinə çıxış edib.

Xatırladırıq ki, Əbu Qatada 1993-cü ildə Britaniyaya saxta pasportla gəlib. 1999-cu ildə isə onu vətəni İordaniyada terror aktları təşkil etməkdə təqsirli bilərək ömürlük həbs cəzasına məhkum ediblər. /Qafqaz/


Story Code: 211621

News Link :
https://www.islamtimes.org/az/news/211621/əl-qaidənin-liderlərindən-biri-azadlığa-buraxıldı

Islam Times
  https://www.islamtimes.org