0
Wednesday 14 November 2012 - 19:51

Dubay polis rəisi: “Müsəlman Qardaşlar” Sünnilər arasında ixtilaf yaradır

Story Code : 211845
Dubay polis rəisi: “Müsəlman Qardaşlar” Sünnilər arasında ixtilaf yaradır
Dubay polis rəisi: “Müsəlman Qardaşlar” Sünnilər arasında ixtilaf yaradır
Islam times.org/az/ - Əl Qudsul Ərəbinin verdiyi məlumata əsasən bazar ertəsi günü polis rəisi “Müsəlman Qardaşlar”-ın rəhbəri Muhəmməd Badiənin Sünni müsəlmanlar arasında ixtilaf yaratdığını demiş və bildirmişdir ki, növbəti iki il ərzində regiondakı bütün insanlar bu qrupa qarşı mübarizə aparacaq.

Polis rəisi daha sonra Suriyada Müsəlman Qardaşları qrupunun yaradılmasının Fars Körfəzində təhlükəsizliyə faciəvi şəkildə təhlükə yaradacağı ilə xəbərdarlıq edib.

Xalfan daha sonra Misir prezidenti Muhəmməd Mursinin İsrail prezidenti Şimon Peresə Qahirəyə yeni İsrail səfiri təyin etməsi haqqında yazdığı məktuba toxunaraq Mursini İsrailə münasibətinə görə tənqid edib.

Mursi və Müsəlman Qardaşlar Birləşmiş Ərəb Əmirliyi hökumətinə müraciət edərək Xalfanın bu tənqidlərinə görə onu sorğu-suala tutmağa çağırıb.
Source : İslamtimes
Comment