QR CodeQR Code

Misir İsraildəki səfirini geri çağırıb

15 Nov 2012 06:36

IslamTimes - Misir Qəzza zolağının atəşə tutulması ilə bağlı işğalçı İsraildəki səfirini geri çağırıb.


Eyni zamanda İsrailin Misirdəki səfiri Qəzza zolağının atəşə tutulması ilə bağlı Misir XİN-ə çağırılıb. Bu barədə APA Reyter agentliyinə istinadən məlumat verir.

İşğalçı İsrail rejimi Qəzza zolağında irimiqyaslı əməliyyata başladığını elan edib. Əməliyyat HƏMAS müqavimət hərəkatının hərbi qanadının rəhbəri Əhməd əl-Cabarinin terroru ilə başlayıb. Bundan əlavə son günlər ərzindəki hücumlar zamanı aralarında azyaşlılar da olan bir çox dinc sakin qətlə yetirilib.


Story Code: 211931

News Link :
https://www.islamtimes.org/az/news/211931/misir-israildəki-səfirini-geri-çağırıb

Islam Times
  https://www.islamtimes.org