0
Thursday 15 November 2012 - 07:15

İran növbəti uğura imza atdı

Story Code : 211932
İran növbəti uğura imza atdı
APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə İranın “Xatəmul Ənbiya” Hava Hücumundan Müdafiə Qərargahının komandanı, general-polkovnik Fərzad İsmaili açıqlama verib.

Onun sözlərinə görə, yerli mütəxəssislər tərəfindən dizayn və istehsal edilmiş sisteminin sınağı müvəffəqiyyətli olub: “S-200” raket hücumundan müdafiə sistemi strateji təyyarələr və yarı ballistik raketləri vurmaq üçün istehsal olunub. Kompleks hədəfləri yüksək dəqiqliklə vurmaq xüsusiyyətinə malikdir. Sistem taktiki əməliyyatlar zamanı istifadə oluna bilər”.



Qeyd edək ki, noyabrın 12-də İranın cənubunda və şərqində, 850 min kvadrat kilometrlik ərazidə geniş hərbi təlimlər başlayıb.
Comment