0
Friday 16 November 2012 - 10:59

Nəsrullah: İsrailin Qəzza Zolağına hücumu Qərbin iç üzünü göstərir

Story Code : 212263
Nəsrullah: İsrailin Qəzza Zolağına hücumu Qərbin iç üzünü göstərir
Nəsrullah: İsrailin Qəzza Zolağına hücumu Qərbin iç üzünü göstərir
Islam times.org/az/ - Cümə axşamı günü televiziya vastəsi ilə çıxış edən Nəsrullah deyib: “Qəzza Zolağında axıdılan qanlar Amerika və Qərbin əsl simasını ortaya qoydu.”

O bütün müsəlman ölkələrinə səslənərək Vaşinqtonun İsrail rejiminə və onun siyasətinə verdiyi dəstəyə etiraz əlaməti olaraq ABŞ ilə bütün əlaqələri kəsməyə və neft ixracını dayandırmağa çağırıb.

Nəsrullah həmçinin Qəzza Zolağında baş verən zorakılığa dərhal son qoyulmasını və Qəzzalılara yardım edilməsini tələb edib.

Hizbullah baş katibi davam edərək bildirib ki, Qəzza Zolağına hücumlar etməklə İsrail Suriyada və Yaxın Şərqin bəzi ərazilərində məğlubiyyətinin əvəzini çıxmış olur.

O Ərəb Liqası və İslam Əməkdaşlıq Təşkilatına səslənərək hər cür vasitədən istifadə edərək Vaşinqton və Tel Əvivin Qəzza Zolağındakı zorakılığa son qoymasını təmin etməsini tələb edib.

Nəsrullah İsrailə qarşı dirəniş göstərən Fələstin müqavimət hərəkatını alqışlamış və bütün müsəlmanları Qəzza Zolağındakı döyüşdə Fələstinlilərə yardım etməyə səsləmişdir.

İsrailin çərşənbə günündən etibarən başlayan Qəzzaya hücumları nəticəsində ən azı 21 nəfər həlak olmuş, 160 nəfər isə ağır yaralanmışdır.
Source : İslamtimes
Comment