QR CodeQR Code

ABŞ Mursini aradan götürmək istəyir?

17 Nov 2012 09:25

IslamTimes - Misirin paytaxtı Qahirədə terrorçuluqda günahlandırılan 6 nəfər əcnəbi həbs edilib. Onlar arasında ABŞ vətəndaşı da var.


Misirin paytaxtı Qahirədə terrorçuluqda günahlandırılan 6 nəfər əcnəbi həbs edilib. «Əl-Əhram» qəzetinin məlumatına görə, həbs olunanlar «Əl-Qaidə» terror şəbəkəsi ilə əlaqəli olan terrorçu qruplaşmaya daxildirlər.

Həbs olunanlar ABŞ, Fransa, Liviya və Tunis vətəndaşlarıdır.

Polisin məlumatına əsasən, terrorçular bir sıra dövlət və vacib infrastruktur obyektlərində terror aktları həyata keçirməyi planlaşdırıblar. Bundan əlavə onlar bəzi nüfuzlu şəxsləri, o cümlədən Misir prezidenti Məhəmməd Mursinin qətlə yetirmək istəyiblər.

Bu terrorçuların sentyabrın 11-də ABŞ-ın Benqazidəki konsulluğuna edilmiş hücumda əlləri olduğu güman olunur. Həmin hücum zamanı ABŞ-ın Liviyadakı səfiri Kristofer Stivens və daha 3 amerikalı öldürülmüşdü.


Story Code: 212543

News Link :
https://www.islamtimes.org/az/news/212543/abş-mursini-aradan-götürmək-istəyir

Islam Times
  https://www.islamtimes.org