QR CodeQR Code

İsrail HƏMAS-ı yox dinc əhalini qətliam edir!

17 Nov 2012 11:18

IslamTimes - İşğalçı İsrailin hücumları nəticəsində 31 nəfər şəhid olub, 300 nəfər yaralanıb, onlardan 62-si uşaqdır.


İsrail hərbi təyyarələri bu gecə Qəzzə sektorunun hökumət başçısının binasını və Baş Polis İdarəsini hədəfə alıb.

Salamnews-un Əlcəzirə telekanalına istinadla verdiyi xəbərə görə, hücumlar nəticəsində polis idarəsi dağılaraq yararsız hala düşüb. İtkilərin olduğu qeyd olunmasa da yaxınlıqda yerlışən mənzillərə ciddi ziyan dəydiyi bildirilir. Kəşfiyyat təyyarələrinin Qəzzə üzərində intensiv uçuşları müşahidə olunur.

Ümumiyyətlə, bu gecə Qəzzə zəlağına 10-dan çox havadan hücum olub. Qəzzə Səhiyyə Nazirliyinin yaydığı bəyanata əsasən, indiyədək hücumlar nəticəsində 31 nəfər şəhid olub, 300 nəfər yaralanıb, onlardan 62-si uşaqdır.


Story Code: 212566

News Link :
https://www.islamtimes.org/az/news/212566/israil-həmas-ı-yox-dinc-əhalini-qətliam-edir

Islam Times
  https://www.islamtimes.org