0
Saturday 17 November 2012 - 14:31

Rusiyadan ABŞ-a sərt reaksiya

Story Code : 212641
Rusiyadan ABŞ-a sərt reaksiya
“ABŞ Konqresinin Rusiya vətəndaşlarına qarşı viza və maliyyə sanksiyalarının tətbiqi haqqında “Maqnitski qanunu”nu qəbul etməsi Rusiyaya qarşı təxribat hücumudur”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

Konqresin aşağı palatasının anti-Rusiya qanun layihəsini qəbul etməsini şərh edən XİN nümayəndəsi Konqresin bu addımının Rusiya-ABŞ münasibətlərinin ümumi atmosferinə mənfi təsir edəcəyini söyləyib: “Konqresin bu addımına bizim tərəfimizdən sərt cavab olacaq. Konqresdə kimsə antisovet düzəlişi olan Cekson-Venik qanun layihəsini yeni insan hüquqlarından “narahatlıq” haqqında qanunla əvəz edərək, Rusiya ilə sanksiya və ultimatum dilində danışmağın mümkünlüyü barədə fikirləşirsə, bunun heç bir perspektivi olmayacaq. Biz məsləhət görürük ki, ABŞ öz ölkəsində insan hüquqlarının vəziyyətinə baxsın. Mərkəzi Kəşfiyyat İdarəsinin gizli həbsxanalarında baş verənlər, xarici vətəndaşların oğurlanması, Quantanamo həbsxanasında məhkumlara verilən işgəncələr barədə biz danışmışıq və o vaxta qədər danışacağıq ki, başqalarını öyrətməyə vərdiş etmiş ABŞ siyasətçiləri bunu anlasınlar”.
Comment