QR CodeQR Code

Salehi Qəzzaya gedir

XezerXeber , 17 Nov 2012 14:36

IslamTimes - İranın xarici işlər naziri Qəzzaya səfər edəcək


İranın xarici işlər naziri Əli Əkbər Salehi Qəzzaya səfər etməyi planlaşdırır. Bu barədə ictimaiyyətə İranın "Press TV" telekanalı məlumat yayıb. Məlumata görə, iranlı nazirlə "İslami-Cihad" təşkilatının baş katibi Ramazan Sallah arasında səfər barədə danışıq olub.

Qeyd edək ki, İranın xarici işlər naziri Əli Əkbər Salehi mətbuata açıqlamasında bildirib ki, ölkəsi Qəzzaya humanitar yardım göndərməyə hazırdır. Bu arada BMT-nin baş katibi Pan Gi Mun da bu günlərdə Qəzzaya səfər etməyə hazırlaşdığını söyləyib.


Story Code: 212644

News Link :
https://www.islamtimes.org/az/news/212644/salehi-qəzzaya-gedir

Islam Times
  https://www.islamtimes.org