0
Saturday 17 November 2012 - 14:36

Salehi Qəzzaya gedir

Story Code : 212644
Salehi Qəzzaya gedir
İranın xarici işlər naziri Əli Əkbər Salehi Qəzzaya səfər etməyi planlaşdırır. Bu barədə ictimaiyyətə İranın "Press TV" telekanalı məlumat yayıb. Məlumata görə, iranlı nazirlə "İslami-Cihad" təşkilatının baş katibi Ramazan Sallah arasında səfər barədə danışıq olub.

Qeyd edək ki, İranın xarici işlər naziri Əli Əkbər Salehi mətbuata açıqlamasında bildirib ki, ölkəsi Qəzzaya humanitar yardım göndərməyə hazırdır. Bu arada BMT-nin baş katibi Pan Gi Mun da bu günlərdə Qəzzaya səfər etməyə hazırlaşdığını söyləyib.
Source : XezerXeber
Comment