0
Saturday 17 November 2012 - 14:52

Amnesty İnternational İngiltərəni Suriya mövqeyinə görə tənqid edib

Story Code : 212650
Amnesty İnternational İngiltərəni Suriya mövqeyinə görə tənqid edib
Amnesty İnternational İngiltərəni Suriya mövqeyinə görə tənqid edib
Islam times.org/az/ - İnsan hüquqları ilə məşğul olan Amnesty İnternational təşkilatı Suriyada insan hüquqlarının pozulmasında məsuliyyət daşıyan silahlı üsyançıların İngiltərənin xarici işlər naziri Villiam Hague tərəfindən tənqid edilməməsini mənfi hal kimi qiymətləndirib.

Amnesty İnternational-ın Suriya üzrə meneceri Kristian Benedikt deyib: “Villiam Hague Suriya müxalifətinin insan hüquqları pozma hallarının qarşısını almaq üçün ciddi tədbirlər görməlidir. Döyüşçülərin əksəriyyətinin nəzarət altında olmadığı Liviyadakı kimi gələcəkdə Suriyada da bu cür hallar baş verə bilər.”

Bu arada Suriya müxalifət qrupunu yeni təyin edilmiş rəhbər etiraf edərək bildirib ki, Suriya hökumətinə qarşı vuruşan üsyançılardan bir neçə yüzü xaricilərdən ibarətdir.

Suriya Milli Şurası adlandırılan qrumun yeni seçilmiş xristian əsilli rəhbəri George Sabra beynəlxalq ictimaiyyətə müraciət edərək heç bir şərt olmadan üsyançıları silah-sursat ilə təmin etməyə çağırıb.
Source : İslamtimes
Comment