QR CodeQR Code

Ərəb dövlətləri ABŞ və İsrailə neft ixracını dayandırmalıdır

İslamtimes , 17 Nov 2012 15:13

İslamtimes - Tel Əvivin Qəzza Zolağına hərbi əməliyyatları davam etdirdiyi bir vaxtda İraq neft ilə zəngin olan Ərəb dövlətlərinə səslənərək ABŞ və İsrailin bu təcavüzkar hücuma son qoymaları üçün neft silahından istifadə etməyə dəvət edib.


islamtimes.org/az/ - İraqın Ərəb Liqasındakı nümayəndəsi Qais əl Əzzavi cümə günü Qahirədə jurnalistlərə açıqlamasında deyib: “İraq Ərəb ölkələrinin nazirlərini ABŞ və İsrailə dəstək verən ölkələrə təziq əlaməti olaraq neft silahından istifadə etməyə dəvət edəcək.”

O əlavə edərək deyib: “Halhazırda tətibiq edilməsi vacib olan ən böyük təziq iqtisadi təziqdir, çünki Fələstinlilərin indiki vaxtda İsrail ordusunun qarşısında duracaq gücü yoxdur.”

Çərşənbə günündən etibarən İsrailin Fələstin torpaqlarına qarşı başlatdığı “Müdafiə Sütunları” adlı hərbi əməliyyat nəticəsində Həmas komandiri də daxil olmaqla ən azı 25 Fələstinli həlak olub.

İsrail ordusunun bildirdiyinə görə keçən üç gün ərzində onlar Qəzzada 600-dən çox hədəfi darmadağın ediblər.

Fələstinli döyüşçülər də İsrail bu hücumlarına cavab olaraq İsrail ərazisinə yüzlərlə raket atıblar.

Mühasirə şəraitində olan Qəzza Zolağının sakinləri deyirlər ki, onlar İsrailin qurudan hücuma keçməyə hazırlaşdığı haqqında yazlı mesajlar alırlar.

Cümə axşamı günü İsrail hərbi maşınlarının Qəzza istiqamətinə tanklar və silahlı əsgərlərin daşıdığı görülüb.


Story Code: 212668

News Link :
https://www.islamtimes.org/az/news/212668/ərəb-dövlətləri-abş-və-israilə-neft-ixracını-dayandırmalıdır

Islam Times
  https://www.islamtimes.org