0
Sunday 18 November 2012 - 07:41

Hakerlər İsrail vebsaytlarına hücum etdi

Story Code : 212828
Hakerlər İsrail vebsaytlarına hücum etdi
ANN.Az-ın “The Jerusalem Post”-a istinadən verdiyi xəbərə görə, hücum edilən saytlar arasında hakim “Kadima” partiyasının və Tel Əviv bələdiyyəsi, Yerusəlim Bankının veb səhifələri də olub.

Ələ keçirilən internet səhifələrində Fələstin və “Həmas”-a dəstək olan yazılar yerləşdirilib. Yaydıqları bəyanatda “Anonim” bu təşəbbüsə səbəb kimi işğalçı İsrail hökumətinin Qəzzadakı bütün telekommunikasiya vasitələrini kəsməklə hədələməsini göstərib. Hakerlər İsrailin bu hərəkətinin yolverilməz olduğunu bildirib.
Comment