QR CodeQR Code

Hakerlər İsrail vebsaytlarına hücum etdi

18 Nov 2012 07:41

IslamTimes - Siyasi aktivliyi ilə həmişə seçilən “Anonim” (“Anonymous”) hakerlər qrupu Qəzzaya qarşı həyata keçirdiyi hərbi əməliyyatlara etiraz əlaməti olaraq İsrail saytlarına hücum edib.


ANN.Az-ın “The Jerusalem Post”-a istinadən verdiyi xəbərə görə, hücum edilən saytlar arasında hakim “Kadima” partiyasının və Tel Əviv bələdiyyəsi, Yerusəlim Bankının veb səhifələri də olub.

Ələ keçirilən internet səhifələrində Fələstin və “Həmas”-a dəstək olan yazılar yerləşdirilib. Yaydıqları bəyanatda “Anonim” bu təşəbbüsə səbəb kimi işğalçı İsrail hökumətinin Qəzzadakı bütün telekommunikasiya vasitələrini kəsməklə hədələməsini göstərib. Hakerlər İsrailin bu hərəkətinin yolverilməz olduğunu bildirib.


Story Code: 212828

News Link :
https://www.islamtimes.org/az/news/212828/hakerlər-israil-vebsaytlarına-hücum-etdi

Islam Times
  https://www.islamtimes.org