0
Sunday 18 November 2012 - 17:55

Rənnanın yanmış cəsədi Qərbin insan haqqlarının bariz nümunəsidir

Story Code : 212978
Rənnanın yanmış cəsədi Qərbin insan haqqlarının bariz nümunəsidir
"IslamTimes" xəbər verir ki, Qərbin tam sükutu ilə müşayiət olunan işğalçı İsrailin vəhşilikləri davam edir.

Sionist rejimin hədəfə aldığı məntəqələrin əksəri dinc sakinlərin yerləşdiyi ərazilərdir. Bəzi İsrail rəsmiləri uyğun cinayətlərinə gülünc bir izah verir. Onlar deyir ki, dinc sakinlər yaşayan bu evlərdə silah yerləşdirilmiş ola bilər. Telekanallarda yayımlanan xəbərlərdə də sionistlərin hücumları nəticəsində həlak olanların əksərinin körpələr və qadınlar olduğu bildirilir.

İsrailin bir neçə gün öncədən başlayan hücumları nəticəsində südəmər körpələr belə vəhşicəsinə qətlə yetirilib. Bu günədən 13 azyaşlı həlak olub, 150 azyaşlı isə yaralanıb.

Əd-Diyar qəzetinin yaydığı bir xəbərdə bildirilir ki, qəsbkar İsrail rejiminin son hücumlarından biri nəticəsində Rənnan Ərəfat adlı bir azyaşlı qız həlak olub. Rənnanın bütün bədəni yanıb və o yerindəcə keçinib.

Şəksiz bu olay nə ilk, nə də sonuncudur. Görəsən İsrail rejiminin qatı düşmənlərindən olan Əsəd rejimini aşırmağa çalışan, insan haqqlarından dəm vuran Qərb nədən susur?!
Comment