0
Monday 19 November 2012 - 10:02

İran, Türkiyə və Misirin xarici işlər nazirləri İslamabadda bir araya gələcək

Story Code : 213133
İran, Türkiyə və Misirin xarici işlər nazirləri İslamabadda bir araya gələcək
APA-nın İRİB-ə istinadən verdiyi məlumata görə, bu barədə İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Ramin Mehmanpərəst açıqlama verib.

Onun sözlərinə görə, üç ölkə arasında üçüncü dəfə keçiriləcək görüşdə Suriyadakı böhranın aradan qaldırılması əsas müzakirə mövzusu olacaq: “Görüş noyabrın 22-də İslamabadda keçiriləcək “D-8” ölkələrinin liderlərinin zirvə toplantısı çərçivəsində baş tutacaq. Əlbəttə, İran, Misir və Türkiyə arasında keçiriləcək görüşdə başqa ölkələrin də iştiraka maraq göstərəcəyi istisna olunmur. Belə olarsa, təbii ki, onların da iştirakına zəmin yaradıla bilər. Bu görüşdə məqsəd müxtəlif fikirləri biri-birinə yaxınlaşdırmaq, bununla da, Suriya probleminin həllinə nail olmağı asanlaşdırmaqdır. Çünki Suriya böhranından yeganə çıxış yolu lazımi tədbirlərin görülməsi və zorakılığa son qoyulmasıdır”.
Comment