0
Monday 19 November 2012 - 15:34

Qəzzada qətilam davam edir

Story Code : 213287
Qəzzada qətilam davam edir
"Assosiated-Press" agentliyinin verdiyi xəbərə görə, işğalçı İsrail ordusunun bu gün də davam edən hücumları və hava zərbələri nəticəsində 4 körpə uşaq və 81 yaşlı fələstinli qadın öldürülüb.

Agentliyin xəbərində İsrail aviasiyasının Qəzzaya mindən çox zərbə endirdiyi bildirilir.

Qəzza bölməsində yerləşən Əşrəf əl-Kidra şəhərinə düşən aviabomba iki evi dağıdıb. Bu dəfə də iki körpə uşaq faciəli şəkildə ölüb və 42 nəfər yaralanıb.

Əldə olunan son məlumatlara görə, işğalçı İsrailin hücumlara başlayandan bu yana Qəzzada 81 nəfər öldürülüb, 720 nəfər isə yaralanıb.
Source : XezerXeber
Comment