QR CodeQR Code

Rusiya Qəzza münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim edib

apa , 20 Nov 2012 08:58

IslamTimes - Rusiya tərəfi BMT Təhlükəsizlik Şurasına Qəzza bölgəsindəki vəziyyətə dair qətnamə layihəsini təqdim edib.


Layihədə Qəzza zolağında zorakılığa son qoyulması tələbi və Fələstin-İsrail danışıqlarının bərpası çağırışı öz əksini tapıb.

İşğalçı İsrail rejimi noyabrın 14-də Qəzza zolağına hücuma başlayıb.

Sionistlərin 6 günlük hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 100 nəfərə çatıb. Bu barədə Fələstin səhiyyə nazirliyindən məlumat verilib.

Həlak olanlar arasında 24 uşaq, 10 qadın və 12 qoca var. Yalnız noyabrın 19-da 27 nəfər həlak olub.

Yaralıların sayı isə 850 nəfəri keçib. Fələstin səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidranın sözlərinə görə, artıq dərman preparatları və tibbi ləvazimatın, xüsusən güclü antibiotiklər, bintlər, anesteziya üçün vasitələr, və yodun çatışmazlığı hiss olunur.


Story Code: 213530

News Link :
https://www.islamtimes.org/az/news/213530/rusiya-qəzza-münaqişəsi-ilə-bağlı-bmt-təhlükəsizlik-şurasına-qətnamə-layihəsi-təqdim-edib

Islam Times
  https://www.islamtimes.org