0
1
comments
Tuesday 20 November 2012 - 08:58

Rusiya Qəzza münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim edib

Story Code : 213530
Rusiya Qəzza münaqişəsi ilə bağlı BMT Təhlükəsizlik Şurasına qətnamə layihəsi təqdim edib
Layihədə Qəzza zolağında zorakılığa son qoyulması tələbi və Fələstin-İsrail danışıqlarının bərpası çağırışı öz əksini tapıb.

İşğalçı İsrail rejimi noyabrın 14-də Qəzza zolağına hücuma başlayıb.

Sionistlərin 6 günlük hücumları nəticəsində həlak olan fələstinlilərin sayı 100 nəfərə çatıb. Bu barədə Fələstin səhiyyə nazirliyindən məlumat verilib.

Həlak olanlar arasında 24 uşaq, 10 qadın və 12 qoca var. Yalnız noyabrın 19-da 27 nəfər həlak olub.

Yaralıların sayı isə 850 nəfəri keçib. Fələstin səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidranın sözlərinə görə, artıq dərman preparatları və tibbi ləvazimatın, xüsusən güclü antibiotiklər, bintlər, anesteziya üçün vasitələr, və yodun çatışmazlığı hiss olunur.
Source : apa
Comment


Italy
Gozel movzudu.amma tek omxlaqua bir netice elde etmek olmaz esas emel etmekdir.En gf6zel kelam qelbden gelen , dilden e7ixan , emelde gf6rfcnendir.esas mesele oxuduguvu emele cevire bilmekdi. Siz Kitab oxuyub insanlara xeyirxahlığı emr etdiyiniz halda, f6zfcnfcz (bunu) unudursunuz? Meger anlamırsınız? Beqere/44.