0
Tuesday 20 November 2012 - 11:34

Rejim ağ inqilaba hazırlaşır

Story Code : 213548
Rejim ağ inqilaba hazırlaşır
Azərbaycan Respublikasında inqilab qaçılmazdır. Çünki 21-ci əsrdə şahlıq quruluşunu yaşatmaq istəyi müvəqqəti gerçəkləşə bilər. Ərəb ölkələrində şahlıq dağılırsa, Azərbaycan bu prosesdə növbəti real namizəddir. Çünki dünyada Əliyev rejimi formatında şahlıq mövcud deyil, hətta banan ölkələrində!

* * *
Pia yazır: «Köhnə Qvardiya» öz varliğini qoruya bilmək üçün bir araya gəlir; «Köhnə Qvardiyada» ciddi dəyişikliklər baş verə bilər; Artıq kimlərin «qurban verilməsi» və onların yerinə kimlərin gətirilməsi üzərində düşünülür.
Prezident seçkilərinə hələ bir il qalsada, istər ölkədə, isiərsə də hakimiyyət daxilində sular sürətlə isinməkdədir. Son baş verən olaylardan sonra hakimiyyət daxilində yeni komandanın formalaşması uğurunda ciddi savaş başlanıb.
PİA.AZ-a məlumatlı mənbədən daxil olan xəbərdə bildirilir ki, Rusiyada yaranmış «Milyarderlər İttifaqı» məhz bu savaşın təzahürüdür. Məlumatda bildirilir ki, yeni komandanın formalaşması savaşına xarici güclərdə ciddi şəkildə müdaxilə etdiyindən daxildəki prossesləri idarə etmək hər gün daha da çətinləşir.
Bizə verilən xəbərdə bildirilir ki, bir neçə ciddi post sahibi bu günlərdə Bakı kənarındakı bağ evlərinin birində toplantı keçiriblər. Həmin toplantıda çox ciddi fiqurlar iştirak edib. Bildirlir ki, onlar mövcud düzəni müzakirə etmək və müdafiə olunmaq üçün toplanıblar. Əsasən hakimiyyətin köhnə qvardiyasının təmsil olunduğu həmin toplantıda hər şeydən əvvəl mövcud situasiyada müqavimət güclərini artıra bilmək, ən azından isə üzərlərinə gəlməkdə olan dalğadan salamat qurtulmaq üçün bir araya gəliblər.
Mənbənin bildirdiynə görə, buna baxmayaraq toplantıda biriənalı olaraq hakimiyyətdə «yenidənqurma» aparılmasının zəruriliyi vurğulanıb. Qarşı tərəfin hakim komandanı dəyişdirmək üçün başlatdığı siyasi hücumun qarşısını doğurdanda komandanın müəyyən dəyişikliyə məruz qalması ilə alına biləcəyi önə sürülüb və bu fikir ətrafında çoxluq razılığa gəlib. Məlumata görə yaxın günlərdə «köhnə qvardiyada» ciddi dəyişikliklər baş verə bilər. Artıq kimlərin «qurban verilməsi» və onların yerinə kimlərin gətirilməsi üzərində düşünülür. Mənbə bildirir ki, «qurban veriləcək» məmurlara siyasi və iqtisadi güclərini qoruya biləcəkləri ilə bağlı tam təminat verilib.
Mənbə bildirir ki, toplantıda Baş Nazir postunun ələ keçirilməsi əsas strateji vəzifə kimi ortaya qoyulub. Həmçinin Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevin varisinin kim olması həmin toplantıda bir nömrəli məsələ olub.
Təbii ki, artıq proseslərin belə bir mərhələyə qədəm qoyması hakimiyyət daxilində ciddi çalxalanmadan xəbər verir. Bu isə öz növbəsində dəyişikliklərin, total mahiyyət daşıyan yeniliklərin baş verəcəyini qaçınılmaz olduğunun göstəricisidir.
Ona görə də əminliklə söyləmək olar ki, artıq hakimiyyətiçi münasibətlər və konfliktlər yeni bir dönəmə qədəm basıb. /HaqqYolu/
Comment