0
Tuesday 20 November 2012 - 17:49

Peres: İran HƏMAS-a uzaqmənzilli raketlər göndərir

Story Code : 213689
Peres: İran HƏMAS-a uzaqmənzilli raketlər göndərir
"IslamTimes"-ın verdiyi xəbərə əsasən, İşğalçı İsrail prezidenti Şimon Peres CNN kanalına müsahibə verib. Jurnalist Peresə "Siz HƏMAS-ın fəaliyyətləri arxasında İranın dayandığını düşünürsünüzsə, hansı addımları atmağı planlaşdırırsınız?" deyə soruşub.

İşğalçı rejim prezidenti cavabda deyib: "Mən zənn etmirəm, əminəm ki, İran HƏMAS-ı dəstəkləyir və onun arxasındadır. Biz İranla müharibəyə başlamaq istəmirik. Sadəcə istəyirik ki, onların HƏMAS-a uzaqmənzilli raketlər göndərməsinin və və bu qruplaşmanı İsrailə raket zərbəsi endirməyə alqışlamasının qarşısını alaq."

Qəzzada dinc sakinlərin, uşaqların başına bomba yağdıran və bütün dünyada nifrət bəslənən Tel-Əviv hakimiyyəti İranı terrorçuların hamisi olmaqda suçlamaqdan da çəkinməyib.
Comment