0
Tuesday 20 November 2012 - 19:44

Üçlük Suriya məsələsini müzakirə edəcəklər

Story Code : 213706
Üçlük Suriya məsələsini müzakirə edəcəklər
SalamNews-un IRNA-ya istinadən verdiyi xəbərə görə, bu barədə mətbuat konfransında çıxışı zamanı İranın Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi Ramin Mehmanpərəst məlumat verib.

Onun sözlərinə görə, Misir Prezidenti Məhəmməd Mürsinin təşəbbüsü ilə Suriya üzrə işçi qrup yaradılıb.

“Əlaqələndirmə qrupuna İran, Misir, Türkiyə və Səudiyyə Ərəbistanı XİN rəhbərləri daxildir. Lakin, qarşıdan gələn 3-cü iclasda Səudiyyə Ərəbistanı nümayəndəsi iştirak etməyəcək. İlk iki görüş Qahirə və Nyu-Yorkda keçirilib”,- Ramin Mehmanpərəst deyib.

O, ölkəsinin Suriyada atəşin dayandırılması və sülhün bərqərar olunması üçün istənilən tədbirləri dəstəklədiyini bildirib.

“Suriya xalqı kiminsə dövlətin daxili işlərinə qarışmasına imkan verməyəcək və öz taleyini özü həll edəcək”, - İran XİN nümayəndəsi əlavə edib.
Comment