0
Tuesday 20 November 2012 - 23:05

Seyid Həsən Nəsrullah: Qəzzəyə silah çatdırmaq vaciblərin vacibidir

Story Code : 213777
Seyid Həsən Nəsrullah: Qəzzəyə silah çatdırmaq vaciblərin vacibidir
Seyid Həsən Nəsrullah: Qəzzəyə silah çatdırmaq vaciblərin vacibidir
Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah Məhərrəm ayı münasibətilə etdiyi çıxışda Ərəb ölkələrinin İsrail rejiminin Qəzzəyə qarşı təcavüzləri müqabilində passiv mövqe tutmalarını qınayaraq, deyib: Bu gün Qəzzə Zolağına silah çatdırmaq ən vacib əməldir. Livan Hizbullahının baş katibi əlavə edib: İsraillilər elə fikirləşirlər ki, müqavimət qruplarının raketləri tükənib və müqavimətin fəaliyyəti dayandırılacaq. Buna görə də, Ərəb və İslam ölkələri öz sərhədlərini açmalı və Qəzzəyə daha çox silah və raket göndərməlidirlər. Seyid Həsən Nəsrullah həmçinin, Qəzzədəki müqavimət qruplarının qətiyyəti və iradəsinə təkid edərək, deyib: Bu günə kimi Fələstinin müqavimət qruplarının sionistlərin təcavüzləri qarşısındakı müqaviməti, qətiyyətliliyi və şücaətli cavabı durmadan davam edib və müqavimət qüvvələrinin atəşkəs üçün elan olunmuş şərtlərə sadiq qalmaları son dərəcə önəmlidir. Livan Hizbullahının baş katibi daha sonra deyib: İsrail rejimi Qəzzə Zolağına hücumda nəzərdə tutduğu bütün hədəfləri artıq vurub və indi bu hədəfləri ikinci və üçüncü dəfə bombalayır. Necə ki, 2006-cı ildə də və Livan ilə müharibədə etmişdi. Seyid Həsən Nəsrullah İsrail rejiminin sivil insanları, körpə uşaqları və qadınları qırğın etmək üzrə cinayətlərini pisləyərək, deyib: İsrail bu qırğınları törətməklə Fələstin müqavimətinin liderlərinə təzyiq göstərmək və onları öz mövqelərindən geri çəkilməyə məcbur etmək istəyir. Seyid Həsən Nəsrullah Ərəb ölkələrinin İsrail rejiminin Qəzzə Zolağına olan son hücumları qarşısındakı mövqelərinə işarə edərək, deyib: Ərəb ölkələri xarici işlər nazirlərinin iclasında İsrailin Qəzzə Zolağına hücumu ilə bağlı qəbul edilmiş bəyanat 2009-cu ildə İsrailin Qəzzəyə qarşı 22 günlük müharibəsi zamanı qəbul etdikləri bəyanata oxşayır. Livan Hizbullahının baş katibi daha sonra deyib: Bu gün Ərəb ölkələrindən Qəzzə sakinlərinin kənarında yer almaları gözlənilir və onların yalnız İsrail və Qəzzə Zolağı arasında vasitəçi rol oynamaları kifayət etməz. Livan Hizbullahının baş katibi sonda deyib: Əksər ərəb ölkələri İsrail rejiminin Qəzzəyə hücumları qarşısında yalnız Qırmızı Aypara həddində rol oynayırlar. Belə ki, Qəzzəyə səfər edərək, yalnız humanitar yardımlar, dərman və ərzaq aparmaqla kifayətlənirlər.
Source : İrib
Comment