0
Wednesday 21 November 2012 - 09:19

Deputat parlamentdə İsrail bayrağını yandırdı

Story Code : 213873
Deputat parlamentdə İsrail bayrağını yandırdı
ANN.Az-ın “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, Usamə əl Təmimi bu gün parlament binasında İsrail bayrağını yandırıb.

Əl Təmimi bu hərəkətiylə beynəlxalq ictimaiyyətə Bəhreynin Qəzza xalqını dəstəklədiyi mesajını göndərmək istədiyini bildirib.

Qeyd edək ki, Bəhreyndə rəhbər orqanlar Qəzzaya dəstək aksiyalarını qadağan edib. Ölkədə hakimiyyətə qarşı 21 aydır davam edən aksiyaları yatırmaq üçün keçən ay bütün siyasi toplantılar və nümayişlər qeyri-qanuni elan edilib.
Comment