QR CodeQR Code

Deputat parlamentdə İsrail bayrağını yandırdı

21 Nov 2012 09:19

IslamTimes - Bəhreyndə bir deputat parlament sessiyası zamanı Qəzzadakı fələstinlilərə dəstəyini bildirmək üçün İsrail bayrağını yandırıb.


ANN.Az-ın “Associated Press”-ə istinadən verdiyi xəbərə görə, Usamə əl Təmimi bu gün parlament binasında İsrail bayrağını yandırıb.

Əl Təmimi bu hərəkətiylə beynəlxalq ictimaiyyətə Bəhreynin Qəzza xalqını dəstəklədiyi mesajını göndərmək istədiyini bildirib.

Qeyd edək ki, Bəhreyndə rəhbər orqanlar Qəzzaya dəstək aksiyalarını qadağan edib. Ölkədə hakimiyyətə qarşı 21 aydır davam edən aksiyaları yatırmaq üçün keçən ay bütün siyasi toplantılar və nümayişlər qeyri-qanuni elan edilib.


Story Code: 213873

News Link :
https://www.islamtimes.org/az/news/213873/deputat-parlamentdə-israil-bayrağını-yandırdı

Islam Times
  https://www.islamtimes.org