0
Wednesday 21 November 2012 - 14:32

Bəhreyndə Məhərrəmlik həbslər və qadağalar ilə başlayıb

Story Code : 213995
Bəhreyndə Məhərrəmlik həbslər və qadağalar ilə başlayıb
Bəhreyndə Məhərrəmlik həbslər və qadağalar ilə başlayıb
Islam times.org/az/ - Bu alimlər Muhəmməd Peyğəmbərin (s) nəvəsi İmam Hüseyn(ə)in şəhadətinin səbəb və məqsədlərindən danışdıqları və İmam Hüseynin İslamda çox böyük bir şəxsiyyət olduğunu insanlara çatdırdıqları zaman həbs ediliblər.

Yerli qəzet olan “Manamanın Səsi” -nin bildirdiyinə görə həbs edilənlər arasında Kamil əl Haşimi, Şeyx Həsən Alaley, Şeyx Cəfər Əlsaig və Əhməd əl Məcid var.

Sosial şəbəkə olan Twitterdə vəkil Abdullah Alşamlavi deyib ki, Haşimi salanıldığı Budaiya polis mərkəzində dindirilir. Bu məlumat daha sonra rəsmilər tərəfindən inkar edilib. Rəsmilər daha sonra Haşiminin harda olduğunu bilmədiklərini deyiblər.

İslami Hərəkat Assosasiyası olan Amal bəyanat yayaraq hökumətin bu tədbirlərinə qarşı xəbərdarlıq etmiş və demişdir ki, Bəhreyn rejiminin bu cür addımları rejimin söz azadlığını pozmasının göstəricisidir.

Amal daha sonra bütün vicdan məhbuslarının dərhal azadlığa buraxılmasını tələb etmiş və dünya fəallarını Behreyn xalqına dəstək olmağa çağırmışdır.
Source : İslamtimes
Comment