0
Wednesday 21 November 2012 - 15:15

Netanyahu: İsrail Qəzza Zolağına olan hücumu genişlətməyə hazırdır

Story Code : 214003
Netanyahu: İsrail Qəzza Zolağına olan hücumu genişlətməyə hazırdır
Netanyahu: İsrail Qəzza Zolağına olan hücumu genişlətməyə hazırdır
Islam times.org/az/ - Netanyahu bu açıqlamanı çərşənbə axşamı günü əl Qüdsdə (Yerusəlimdə) ABŞ dövlət katibi Hillari Klinton ilə bağlı qapılar arxasında danışıqlar apardıqdan sonra təşkil edilmiş mətbuat konfransı zamanı etmişdir.

O deyib: “Əgər Qəzza məsələsində diplomatik vasitə ilə ilə uzun müddətli həll yolunun əldə edilməsi mümkün olarsa biz buna üstünlük verəcəyik.”

Netanyahu Klintona deyib: “Əgər mümkün olmasa bu zaman mən əminəm ki, siz İsrailin öz xalqını müdafiə etmək üçün lazım gələn tədbirləri görməsini razılıqla qarşılayacaqsınız.”

14 Noyabrdan başlayaraq İsrailin Qəzzaya hücumu nəticəsində qadın və uşaqlar da daxil olmaqla ən azı 140 Fələstinli həlak olmuş və 920 insan yaralanmışdır. Yaralılardan bəziləri ağır vəziyyətdədirlər.

ABŞ dövlət katibi Tel Əvivə Qəzzay qarşı hərbi kompaniyaya son qoymağı məsləhət görüb.

Klinton mətbuat konfransında deyib: “Amerikanın İsrailin təhlükəsizliyinə qarşı öhdəliyi möhkəm və sarsılmazdır. Bu səbəbdən də Qəzzada vəziyyətin kəskinləşməsini məsləhət görmürük.”


O əlavə edərək deyib: “Üzümüzə gələn günlər ərzində ABŞ bizim İsraildəki müttəfiqlərimiz ilə İsraili xalqının təhlükəsizliyini təmin etmək və Qəzza xalqının vəziyyətini yaxşılaşdırmaq üçün iş birliyi edəcəyik.”

14 Noyabrdan etibarən İsrail sudan və havadan Qəzzaya 1450 raket zərbəsi endirib.
Source : İslamtimes
Comment