0
Thursday 22 November 2012 - 07:46

Qubada əzadarlıq mərasimləri geniş sürətdə keçirilir”

Story Code : 214195
Qubada əzadarlıq mərasimləri geniş sürətdə keçirilir”
Qubada əzadarlıq mərasimləri geniş sürətdə keçirilir”
Artıq Məhərrəm-Səfər əyyamı daxil olub. Azərbaycanın bütün yerlərində olduğu kimi, Bakı kəndlərində də əzadarlıq mərasimlərinə başlanılıb. Qubadakı keçirilən mərasimlər haqda Deyerler.Org-a rayonun “Cəfər” məscidinin imam-camaatı Hacı Mir Əliəsgər Ağa Mir Məhəmmədov bunları bildirib: “Qubada qədim dövrdən əzadarlıq mərasimləri keçirilir. Sovet vaxtında Qubada olan 4 məsciddən biri də Quba Hacı Cəfər məscididir. Buradakı insanlar inanclıdır, bütün camaat Məhərrəm-Səfər əyyamını intizarla gözləyir ki, yüksək səviyyədə keçirsinlər. İmam Hüseynin (ə) təziyəsi ki, başlanıb, məscidlərimizdə də matəm mərasimləri bərpa olunub. Gecələri kişilər, gündüzləri isə xanımların mərasimləri olur. Aşura günü mərasimləri isə daha yüksək səviyyədə keçirilir. Hətta bizdə qədim zamanlarda deyirdilər ki, Kərbəlanın özündə də Quba kimi əzadarlıq olmur. Mərasimlərimizdə mərsiyələr, rövzələr oxunur və s. Qubada əzadarlıq mərasimləri geniş sürətdə keçirilir”.
Source : Deyerler
Comment