QR CodeQR Code

İslamabadda İran, Misir və Türkiyə liderləri arasında görüş keçiriləcək

22 Nov 2012 13:17

IslamTimes - Noyabrın 22-də səhər saatlarında Pakistanın paytaxtı İslamabad şəhərində İran, Misir və Türkiyə arasında üçtərəfli görüş keçiriləcək.


APA-nın məlumatına görə, görüşdə İran prezidenti Mahmud Əhmədinejad, Misir prezidenti Məhəmməd Mursi və Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan iştirak edəcək. Görüşdə əsasən regional məsələlər əsas müzakirə mövzusu olacaq.

Qeyd edək ki, noyabrın 22-də İslamabadda “D-8” ölkələrinin liderlərinin zirvə toplantısı öz işinə başlayır.


Story Code: 214305

News Link :
https://www.islamtimes.org/az/news/214305/islamabadda-iran-misir-və-türkiyə-liderləri-arasında-görüş-keçiriləcək

Islam Times
  https://www.islamtimes.org