QR CodeQR Code

BDU-nun tələbəsi özünü 15-ci mərtəbədən atıb

22 Nov 2012 19:20

IslamTimes - Bakıda dəhşətli intihar hadisəsi baş verib. Bu barədə APA-ya Xətai Rayon Polis İdarəsindən bildirilib.


Hadisə bu gün axşam saat 18.00 radələrində Babək prospekti 10, mənzil 60 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan qohumlarıgilə qonaq gələn, 19 yaşlı Rəhimov Həbib Sucəddin oğlu özünü 15-ci mərtəbədən ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Polisdən həmçinin bildirilib ki, H. Rəhimov Bakı Dövlət Universitetinin 2-ci kurs tələbəsidir.

Faktla bağlı araşdırma aparılır.


Story Code: 214418

News Link :
https://www.islamtimes.org/az/news/214418/bdu-nun-tələbəsi-özünü-15-ci-mərtəbədən-atıb

Islam Times
  https://www.islamtimes.org