0
Thursday 22 November 2012 - 19:34

Əsgər özünü doğradı

Story Code : 214423
Əsgər özünü doğradı
Ağdam rayonundakı N saylı hərbi hissədə hərbi xidmətdə olan Əliyev Rüfət İsgəndər oğlu özünə ağır xəsarət yetirib.

Damarlarını doğrayan əsgər təcili olaraq Müdafiə Nazirliyinin Kliniki Hərbi Hospitalına gətirilib. Hadisə komandirlə yaranan mübahisə nəticəsində baş verib. Mübahisəyə səbəb isə əsgərin ailəsinə onunla görüşünə icazə verilməməsi olub.

Müdafiə Nazirliyi əsgərin özünə xəsarət yetiməsi ilə bağlı məlumatı təsdiqləyib. Nazirliyin mətbuat xidmətinin əməkdaşı Teymur Abdullayev həmin əsgərin dünən hospitala daxil olduğunu deyib: "O, qoluna xəsarət yetirib."

Valideyinlərinin əsgərlə görüşünə imkan yaradılmamasının səbəbinə gəlincə, nazirlik rəsmisi hospitala yerləşdiriləndən 10 dəqiqə sonra görüş imkanı yaradıldığını vurğulayıb.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.

AzNews.az
Comment