0
Friday 23 November 2012 - 10:09

Avropa Birliyində büdcə savaşı

Story Code : 214518
Avropa Birliyində büdcə savaşı
“Associated Press” agentliyi Avropa Birliyinin 2014-2020-ci illər arası büdcəsi ilə bağlı müzakirələrin son dərəcə qızğın keçəcəyi ilə bağlı Brüsseldən məlumat yayıb. Agentlik bildirir ki, iri Avropa ölkələri olan Fransa və Böyük Britanitaniya atasında gələcək büdcə ilə bağlı kəskin ziddiyət mövcuddur.

Belə ki, Britaniyanın baş naziri Devid Kameron Avropa Birliyinin büdcəsi üçün ödənişlərin mümkün qədər aşağı olmasını tələb edir, Fransa prezidenti Fransua Olland isə Avropa Birliyinə daxil ölan kasıb ölkələrə kömək məqsədi ilə büdcənin daha böyük olmasına təkid edir.

Avropa Birliyinin üzvü olan 27 ölkənin hər birinin büdcəsilə bağlı veto qoyma haqqı var. Agentlik ehtimal edir ki, bu müzakirələr həftələrlə sürəcək və sonda da nəticəsiz yekunlaşacaq.

“Yox, mən bu işlərlə tamamilə razı deyiləm” - Deyvid Kameron Avropa Birliyinin prezidenti Herman Van Rompuyun son təklifinə münasibət bildirərkən belə deyib. Həmin təklifdə isə əlavə xərclərin həcmi 1 triliyon euro olaraq göstərilib.

“Aydındır ki, biz evdə əlavə xərcləri azaltmaq üçün çətin qərarlar verdiyimiz bir vaxtda bu kifayət qədər yanlış yanaşmadır. Əlavə xərcləri artırmaq taklifi əlbəttə ki, yanlışdır“, britaniyalı baş nazir deyib.

Böyük Britaniyanı nəzərdə tutaraq Fransua Olland “heç bir ölkə bu məsələdə üstün mövqedə ola bilməz“, deyib. Və əlavə deb ki, “mən bura kompromis əldə etməyə gəlmişəm, ultimatum eşitməyə yox.“

Angela Merkel isə deyib ki, Almaniya büdcə ilə bağlı hədəfə çatmaq istəyir: “Amma bunun üçün yeni bir danışıqlar mərhələsinə də ehtiyac ola bilər.“

Bu isə o deməkdir ki, Almaniya ziddiyyətlərin doğuracağı təsirdən xəbərdardır...
“Bəzi ölkələr büdcəyə ödənişləri kəskin şəkildə azaltmaq istəyirlər. Bu böyük bir səhvdir“, Belçikanın baş naziri Elio di Rupo belə deyib.

Büdcəyə hər bir ölkənin veto qoya biləcəyinə diqqət çəkən Hollandiyanın baş naziri Mark Rutte deyib: “Büdcə məsələsinə görə Fransa ilə Britaniya arasında, həmçinin cənubi və şərqi Avropa ölkələri arasında ciddi mübarizə gedə bilər”... /Müsavat/
Comment