0
Friday 23 November 2012 - 11:35

Avropa borc içində, Çin inkişaf edir...

Story Code : 214546
Avropa borc içində, Çin inkişaf edir...
Dünyanın bir çox ölkələri borc böhranından əziyyət çəkdiyi bir vaxt, Çinin sənaye sektoru sürətlə inkişaf etməyə davam edir. Statistikalar göstərir ki, noyabr ayında Xalq Respublikasında istehsalat son 13 ilin ən yüksək səviyyəsinə çatıb. Ekspertlər bunun 7 rübdən sonra iqtisadi artımdan və sürətlənmədən xəbər verdiyini bildirir. Dünyanın 2-ci nəhəng iqtisadi ölkəsi eyni zamanda istehlak gözləntiləri indeksində də xeyli irəliləyərək, rekord göstərici, 50.4 xala çatıb.

Maliyyə böhranının episentri olan avrzonada isə tam güzgü effekti yaşanır. Aparılan araşdırmalar göstərir ki, Çindən fərqli olaraq, vahid valyuta zonasında bu rüb iqtisadi inkişaf son 3 ilin ən aşağı səviyyəsinə düşüb. İstehlak gözləntiləri indeksi isə göstərir ki, 2009-cu ilin böhranından sonra avrozona iqtisadiyyatını ən pis günlər gözləyir.
Avrozonanın istehlak gözləntiləri indeksindəki yeri zəifləyərək, 45.7 xala qədər düşüb. Bu 2009-cu ilin iyul ayından bəri ən aşağı göstərici sayılır. Vahid valyuta zonasında ən ağır zərbə xidmət sektoruna dəyib, sərt iqtisadi islahatlar və digər faktorlar bank və otellerinə gəlirlilik səviyyəsini aşağı salıb, işçi heyətlərin ixtisarını sürətləndirib.
Source : XezerXeber
Comment