QR CodeQR Code

Fələstinlilərin qələbəsi ABŞ və Avropa liderlərini biabır etdi

İslamtimes , 23 Nov 2012 11:46

İslamtimes - İran Müdafiə Naziri deyib ki, Fələstinlilərin İsrailin Qəzza Zolağında həyata keçirdiyi səkkiz günlük qanlı müharibədə qələbə qazanması ABŞ və Avropa liderlərini alçaltdı.


islamtimes.org/az/ - Briqada Generalı Əhməd Vəhidi deyib: “İşğalçı Sionist rejimi rəhbərlərinin ciddi məğlubiyyətindən başqa Qəzza xalqının qələbəsi öz səssizlikləri və dəstəkləri ilə Sionist rejimin cinayətlərini həvəsləndirən ABŞ və Avropa rəhbələrinə də rüsvayçılıq gətirdi.”

O deyib ki, Fələstin döyüşçülərinin əsas nailiyyəti ondan ibarətdir ki, dağıdıcı və effektiv raket zərbələri nəticəsində İsrailin Dəmir Qübbə müdafiə sistemi dağıdıldı.

Vəhidi qeyd edərək bildirib ki, Qəzzalıların cəsarət və dözümlülükləri İsrail rəsmiləri arasında müharibənin davam etdirlməsi haqqında ayrılıq yaratdı.

Misirin vasitəçiliyi ilə əldə edilən sülh razılaşması 14 noyabrdan etibarən başlayan və 160 Fələstinlinin həlak olmasına və 1200 nəfərin yaralanmasına səbəb olan müharibəyə son qoydu.


Story Code: 214552

News Link :
https://www.islamtimes.org/az/news/214552/fələstinlilərin-qələbəsi-abş-və-avropa-liderlərini-biabır-etdi

Islam Times
  https://www.islamtimes.org