QR CodeQR Code

İsrail qeyri-ənənəvi silahlardan istifadə etməklə Qəzza Zolağında terror həyata keçirib

İslamtimes , 23 Nov 2012 13:04

İslamtimes - Siyasi aktivist və kino rejissor olan Harry Fear Press TV-yə müsahibə verərək deyib ki, İsrail rejimi Qəzza Zolağındakı dinc vətəndaşlara qarşı qeyri-ənənəvi silahlardan istifadə etməklə əslində terror hadisəsi həyat keçirmiş olub.


islamtimes.org/az/ - O deyib: “Son iki gündə təsdiq olunan məlumata əsasən İsrail ağ fosfordan istifadə edib. İsrail Qəzza Zolağını bir həftədən çox bir müdəttdə qurudan, sudan və havadan bombarduman etdi və Fələstinlilər bu dövlət terrorundan xeyli əziyyət çəkdilər.”

O davam edərək bildirib ki, İsrailin qadın və uşaqlar da daxil olmaqla xeyli günahsız insanı qətlə yetirməsi göstərir ki, Tel Əviv Fələstinlilərlə elə davranır ki, sanki onlar insan deyillər.

Fear deyib: “İsrail fikirləşir ki, Fələstinlilər insan deyillər. İsrailin müdafiəsiz inanlara qarşı bu cür geniş miqyaslı hərbi cinayət törətməsi yalnız bununla izah edilə bilər.”

14 Noyabrdan etibarən İsrail Qəzza Zolağına qarşı hərbi əməliyyat başlatmışdır və bu əməliyyat nəticəsində 160 Fələstinli həlak olmuş 1200 nəfər isə yaralanmışdır.

Qəzzalı fəallardan biri hadisə haqqında danışaraq deyib: “Həftəsonu baş verən Əl Dalou qırğını nəticəsində dörd uşaq, dörd qadın, bir hamilə qadın və bir neçə yaşlı insan qətlə yetirilmişdir və bu cinayətlərin müqabilində İsrail rejimi Fələstin xalqından nə gözləyir?”

O daha sonra qeyd edərək bildirib ki, İsrail rejiminin zorakılığına baxmayaraq Fələstin xalqı öz hüquqları uğrunda mübarizə aparmaqdan heç vaxt əl çəkməyəcək.


Story Code: 214562

News Link :
https://www.islamtimes.org/az/news/214562/israil-qeyri-ənənəvi-silahlardan-istifadə-etməklə-qəzza-zolağında-terror-həyata-keçirib

Islam Times
  https://www.islamtimes.org