QR CodeQR Code

Saakaşvili İrəvana gedir

24 Nov 2012 10:38

IslamTimes - Gürcüstan prezidenti Mixail Saakaşvili noyabrın 30-da İrəvana səfər edəcək.


O, Avropa Xalq Partiyasının ikinci Şərq Tərəfdaşlığı sammitində iştirak edəcək.

Sammitlə əlaqədar Avropa Komissiyasının sədri Joze Manuel Barrozu və Avropa Xalq Partiyasının lideri Vilfrid Martens də İrəvana gedəcəklər. Rusiya nəşri partiya liderini Mixail Saakaşvilinin fəal tərəfdarı və lobbiçisi hesab edildiyini yazıb.

Xatırladaq ki, Avropa Xalq Partiyasının ilk Şərq Tərəfdaşlığı sammiti bu ilin iyulunda Gürcüstanın Batumi şəhərində keçirilmişdi.


Story Code: 214750

News Link :
https://www.islamtimes.org/az/news/214750/saakaşvili-irəvana-gedir

Islam Times
  https://www.islamtimes.org