QR CodeQR Code

Gəncədə 38 nəfər dindar həbs edilib

Azadxeber , 24 Nov 2012 15:24

İslamtimes - Gəncə şəhərində hər il olduğu kimi 200-ə yaxın inanclı Tasua günü ilə əlaqədar yürüş ediblər .


Bu gün Gəncə şəhərində 200-ə yaxın inanclı Tasua günü ilə əlaqədar yürüş ediblər. Gəncənin Şah Abbas Məscidinin önündə toplaşan dindarlar İmam Hüseyn (ə.s.)ın şəhadəti ilə əlaqədar yürüş etmək istəyiblər. Polislər və mülki geyimli şəxslər səhər saatlarından etibarən Şah Abbas məscidini mühasirəyə alıblar. Yürüş başlar-başlamaz polis əməkdaşları və çevik polis alayı dindarlara hücum edərək onlara fiziki təzyiqlər göstəriblər. Çevik polis alayı və mülki geyimli şəxslər dindarları döyərək xidməti maşınlara mindiriblər. Dindarlardan 38 nəfər həbs edilib, 180 nəfər isə xüsusi kobudluqla ərazidən uzaqlaşdırılıb.
Ərazidə çəkiliş aparan Azadxeber.org saytının əməkdaşı Rəşad Hüseynov çəkiliş zamanı fiziki təzyiqlərə məruz qalıb. Jurnalisti döyən polislər müxbirin əlindən fotoaparat və jurnalist vəsiqəsini alıblar./


Story Code: 214804

News Link :
https://www.islamtimes.org/az/news/214804/gəncədə-38-nəfər-dindar-həbs-edilib

Islam Times
  https://www.islamtimes.org