QR CodeQR Code

Gəncə yezidləri yenidən Hüseyn əzadarlarına zor tətbiq edib

İslamtimes , 24 Nov 2012 17:40

İslamtimes - Bugün Gəncənin Şah Abbas məscidi ətrafında yezid tərəfdarları ilə İmam Hüseyn aşiqləri arasında qarşıdurma baş verib.


islamtimes.org/az/Kəçən ilə qədər həmişə Gəncə Hüseynçiləri tasua günü izdihamlı yürüş şəklində əldə qara bayraqlar tutaraq nohə deyib, sinə vurub Gəncə İmamzadə məqbərəsinə doğru hərəkət edirdilər.

Hətta polis işçiləri də yürüş iştirakçılarının təhlükəsizliyini təmin edirdi. Lakin Elmar Vəliyev Gəncəyə yeni icra başçısı təyin olunduqdan sonra İslam dini ilə açıq-aşkar mübarizəyə başladı.

İlk olaraq məktəbli uşaqların məscidlərə gəlməsinə qadağa qoydu. Sonra dövlət müəssələrində işləyən hicablı xanımların başlarını açmalarını tələb etdi və daha sonra da tasua yürüşünə qadağa qoydu.

Elmar Vəliyev tək din ilə yox, həmçinin şəhərin əhalisinə qarşı düşmən mövqeyində dayandı. Neçə neçə insanların evlərini və ticarət obyektlərini sökdü və hələ də sökməyə davam edir. Gəncə əhalisi onun əlindən qan ağlayır.

Bugün də Tasua yürüşü keçirmək istəyən gəncəlilərə qarşı polis tərəfindən zorakılıq tətbiq edilib. Şah Abbas məscidi qarşısında növhə deyib sinə vurduqdan sonra İmamzadəyə getmək istəyən əzadarların qarşısı alınıb və onlara qarşı zor tətbiq edilərək xeyli insan döyülərək həbs edilib.


Story Code: 214855

News Link :
https://www.islamtimes.org/az/news/214855/gəncə-yezidləri-yenidən-hüseyn-əzadarlarına-zor-tətbiq-edib

Islam Times
  https://www.islamtimes.org