0
Saturday 24 November 2012 - 18:01

Cəlilabadda məhərrəmlik qadağaları

Story Code : 214857
Cəlilabadda məhərrəmlik qadağaları
Cəlilabadda məhərrəmlik qadağaları
Azadxeber.org internet qəzetinin qaynar xəttinə daxil olan məlumata görə, bu gün təxminən bir saat əvvəl Cəlilabad rayonunda dindarlar polis bölməsinə aparılıb.

Hadisə yerindən şahidlərin verdiyi məlumata görə, dindarlar hər il olduğu kimi bu il də tanınmış Seyid MirMəhəmməd ağanın qəbrini ziyarət etmək üçün "Qazel" markalı maşınla yola düşüblər. Məhərrəm ayı ilə əlaqədar olaraq, dindarlar mərsiyyələr oxuyublar. Maşına sancılan qara bayraqlar və dindarların mərsiyyə oxuması polislərin diqqətini cəlb edib. Polislər "Ya Hüseyn deməyin" göstərişini versələr də, dindarlar polisin sözlərinə məhəl qoymayaraq, ucadan "Ya Hüseyn" deyiblər. Cəlilabad polisi maşını saxlayaraq qarabayraqları yığıblar. Maşındakı dindarlar isə polis bölməsinə aparılıb.

"Mənbə" bildirib ki, Cəlilabadda Aşura günü məclislərinin qarşısını almaq istəyirlər. "Mənbə"yə əsasən, Cəlilabad rayonunda orta məktəbləri gəzən polislər xəbərdarlıq ediblər ki, Aşura günü məscidə getməsinlər.

"Əgər Aşura günü sizi məsciddə görsək bizdən inciməyin, haqqınızda tədbirlər görüləcək".
Source : Azadxeber
Comment