QR CodeQR Code

Cəlilabadda məhərrəmlik qadağaları

Azadxeber , 24 Nov 2012 18:01

İslamtimes - Cəlilabad rayonunda orta məktəbləri gəzən polislər xəbərdarlıq ediblər ki, Aşura günü məscidə getməsinlər .


Azadxeber.org internet qəzetinin qaynar xəttinə daxil olan məlumata görə, bu gün təxminən bir saat əvvəl Cəlilabad rayonunda dindarlar polis bölməsinə aparılıb.

Hadisə yerindən şahidlərin verdiyi məlumata görə, dindarlar hər il olduğu kimi bu il də tanınmış Seyid MirMəhəmməd ağanın qəbrini ziyarət etmək üçün "Qazel" markalı maşınla yola düşüblər. Məhərrəm ayı ilə əlaqədar olaraq, dindarlar mərsiyyələr oxuyublar. Maşına sancılan qara bayraqlar və dindarların mərsiyyə oxuması polislərin diqqətini cəlb edib. Polislər "Ya Hüseyn deməyin" göstərişini versələr də, dindarlar polisin sözlərinə məhəl qoymayaraq, ucadan "Ya Hüseyn" deyiblər. Cəlilabad polisi maşını saxlayaraq qarabayraqları yığıblar. Maşındakı dindarlar isə polis bölməsinə aparılıb.

"Mənbə" bildirib ki, Cəlilabadda Aşura günü məclislərinin qarşısını almaq istəyirlər. "Mənbə"yə əsasən, Cəlilabad rayonunda orta məktəbləri gəzən polislər xəbərdarlıq ediblər ki, Aşura günü məscidə getməsinlər.

"Əgər Aşura günü sizi məsciddə görsək bizdən inciməyin, haqqınızda tədbirlər görüləcək".


Story Code: 214857

News Link :
https://www.islamtimes.org/az/news/214857/cəlilabadda-məhərrəmlik-qadağaları

Islam Times
  https://www.islamtimes.org