QR CodeQR Code

İsrail Qəzza müharibəsində öz hədəflərinə çata bilmədi

İslamtimes , 24 Nov 2012 17:58

İslamtimes - Hizbullahın baş katibi bütün müsəlmanları Fələstin müqavimət döyüşçülərinin İsrail üzərində qələbə münasibəti ilə təbrik etmiş və demişdir ki, Tel Əviv səkkiz günlük Qəzza Zolağındakı müaharibə müddətində öz hədəflərinə çata bilmədi.


islamtimes.org/az/ - Cümə günü televiziya vasitəsilə yayımlanan çıxışında Seyyid Həsən Nəsrullah deyib: “Bir daha qan qılınc üzərində qələbə çaldı. ”

14-21 Noyabr arasında İsrailin Qəzza zolağına hücumları nəticəsində qadın və uşaqlar da daxil olmaqla ən azı 160 Fələstinli həlak olmuş və 1200 insan isə yaralanmışdır.

Nəsrullah İsrailin heç bir hədəfə çatmadığını demiş və bildirmişdir ki, Netanyahu bu müharibə üçün böyük hədəf yox, kiçik hədəf təyin etmişdi ki, o hədəfə çata bilsin və öz qələbəsini élan etsin. Ancaq o heç bu kiçik hədəfə də çata bilmədi.

O izah edərək bildirib ki, birinci hədəf Fələstin müqavimət hərəkatının rəhbərliyini məhv etmək idi. O bu sahədə müvəffəqiyyətsizliyə uğradı. İkinci hədəf müqavimətin raket sistemini dağıtmaq idi. Bu hədəfə də çata bilmədi. Üçüncü hədəf isə İsrailin döyüş gücünü gücləndirmək idi. Ancaq Qəzza mühairbəsi İsrailin gücünü zəiflətdi.

O davam edərək bildirib ki, Həmas komandiri Əhməd əl Cəbərinin qətli çox böyük itkidir, ancaq müqavimət hərəaktı daha şəxslərdən asılı deyil və müstəqil fəaliyyət göstərir.


Story Code: 214859

News Link :
https://www.islamtimes.org/az/news/214859/israil-qəzza-müharibəsində-öz-hədəflərinə-çata-bilmədi

Islam Times
  https://www.islamtimes.org