0
6
comments
Saturday 24 November 2012 - 20:18

İmam Hüseyn düşməni Elmar Vəliyev

Story Code : 214890
İmam Hüseyn düşməni Elmar Vəliyev
İmam Hüseyn düşməni Elmar Vəliyev
Islam times.org/az/ - Respublikanın Cəlilabad,Lənkəran və Gədəbəy rayonlarında islamafobiya tədbirləri davam edir.Gədəbəy rayonunda dindarların təziyyə mərasimləri qeyd etməsi üçün məscidə buraxılmırlar.

Allah evlərinin qapısından yekə bir qıfıl asılıb.Gədəbəy rayonunun sakinlərinə Məhərrəm ayında Gəncədəki İmamzadə ziyarətgahına getmək yasaq edilib.Aşura qabağı İmam Hüseyn düşmənləri Gəncə şəhərində hərəkətə keçiblər.Şəhərdə Tasua və Aşura mərasimlərinin keçirilməsi qadağan edilib.


Elmar Vəliyevin Gəncə şəhəri icra hakimiyyəti binasında şəhər idarə heyəti ilə keçirdiyi görüşdə şimr sifət əlaltılarına bir sıra tapşırıqlar və göstərişlər verib.Dövlət qulluğunda xidmət göstərən işçilərə İmamzadə dini kompleksini ziyarət etmək qadağan edilib.

Təhsil idarəsinin müdirinə Tasua və Aşura günlərində məktəbləri və universitetləri şəxsən yoxlaması əmr olunub.Gəncə Texniki Kollecinin inanclı tələbələrinin söylədiyinə əsasən bildirilir ki,rektor Eldar müəllim deyib:əgər hər kəsi Tasua və Aşura günü təşkil edilən yürüyüş tədbirində iştirak edən görsək,dərhal tələbə bileti daşımaq hüququndan məhrum ediləcək.

Gəncə şəhər baş polis idarəsində də həmçinin gücləndirilmiş iş rejiminə keçərək,orta və ali ixtisaslı məktəblərdə yoxlama əməliyyatlarına start veriblər.Gəncə şəhərində orta məktəbdə müəllim kimi çalışan iki hicablı müəllimə şəhər təhsil idarəsi tərəfindən dərhal işindən azad edilib.Bununla belə həmin məktəblərin direktorlarıda vəzifələrindən uzaqlaşdırılıb.Səbəb kimi hicablı müəllimə və şagirdlərin təhsil müəssisəsinə buraxılmaları göstərilib.

Başqa vaxtlar rüşvətdən başları açılmayan təhsil müdiri indi nədənsə özünü təhsilə canı yanan göstərməyə calışır.Orta məktəblərin 10-cu və 11-ci sinif şagirdlərinə qeyri-rəsmi sınaq imtahanları salınıb.Məqsəd isə şagird və tələbələri müqəddəs ziyarətlərdən uzaqlaşdırmaqdır.Həmişə şiəliyə qəddar düşmənçiliyi ilə ad çıxarmış Araz yayınları kurslarıda Aşura gününü insanların diqqət mərkəzindən yayındırmaq üçün eyni gündə sınaq imtahanları təşkil edib.

Məktəblərdə,Univesitetlərdə,Tibb müəssisələrində işləyən həkim və müəllimlərə də hətta evdə ailə üzvlərini belə İmamzadə və yürüş tədbirlərində iştirak etm
mək əmr olunub.Tapşırıqda bildirilir ki,hər hansı dövlət qulluqçusu,həkim və müəllimlərin övladlarından biri o tədbirlərdə görülsə valideyni yaxud,yaxın qohumunun işinə xitam veriləcək.

Gəncə şəhər baş polis idarəsinin qəsəbə və rayonlar üzrə sahə müfəttişləridə işlədikləri rayon və qəsəbələrin sakinləri ilə görüşərək,ziyarət etməməyi dönə-dönə tapşırıblar.

General-mayor Rasim Musayev polislərinin sayını birə-on qat artırıb,şəhərin küçə və xiyabanlarındakı izləmə kameraları işə salınıb.Rasim Musayev deyib:yürüşə Tasua günü şəxsən özüm izləmə kamerası vasitəsilə nəzarət edəcəm.Əgər həmin gün hər hansı polis işçisi kimisə döyməsə və həbs etməsə şiddətli töhmətlə tutduğu vəzifəsindən azad olunacaq.Etibarlı mənbədən aldığımız məlumata əsasən Samux və Göygöl rayonlarında xidmət aparan polis dəstələri əlavə güc kimi Gəncəyə ezam olunublar.

Məhərrəm ayı girəndən onlarla şəhər sakini olan dini inanclı heç bir səbəb və əsas göstərilmədən,Kəpəz və Nizami rayon polis şöbələrinin müvəqqəti saxlama kameralarında həbs olunublar.

Elmar Vəliyev belə qanunsuz və lovğa hərəkətləri ilə inanclıları gözlərini qorxudacağını hesab edir,lakin bir şeyi unudur ki,bu cür sərt addımlarla hər keçən gün xalqı hakim partiyaya qarşı daha da radikallaşdırır.

İki il şəhərdə başçılıq etməsinə baxmayaraq sələflərini öz qəddar və islama düşmənçiliyində geridə qoyub.Yadınızdadırsa Ramazan ayındada Elmar Vəliyev qeyri-insani hərəkətləri ilə Allahın qəzəb dəftərinə düşmüşdür.Məscidlərdə əhya gecələrinin təşkilinə məhdudiyyətlər qoymuş,sonradan özünü riyakarcasına müsəlman kimi qələmə vermək üçün iftar süfrələri açmağa başladı.Amma nə xeyri belə xeyir əməlləri Allaha xatir yox,özünü xalqa və yuxarılara həqiqi müsəlman olduğunu tərənnüm etdirmək üçün etmişdi.

Bəlkədə bu sözumlə heç vaxt yanılmaram desəm ki,Elmar Vəliyev Azərbaycanın müstəqil dövlətçilik tarixində ən qəddar icra hakimidir.Elmar Vəliyevi hazırkı xüsusiyyətləri ilə ancaq Küfə valisi Ubeydullah ibn Ziyadla müqayisə etmək olar.Çünki tarixdə göstərilən bir sıra xasiyyət və sifətlərin hamısı Elmar Vəliyevdə cəmləşmişdir,hətta şəhər başçısı ibn Ziyaddan bir qarış öndə yer almaqdadır.İlahi bizə səbr vermə.Həzrət Seyyiduş-şühəda imam Hüseynə xatir Heydərizm və onun törtöküntülərindən qisas almaq,həbs olunmuş islamımızı xilas etmək üçün bizə şücaət bəxş elahi Amin!

ISLAMTIMES - KAMIL IBRAHIMZADƏ
Source : İslamtimes
Comment


Azerbaijan
Salam olsun Əba Əbdillahil Hüseynə Salam olsun Kərbəla şəhidlərinə Salam olsun Əhli-beyt yolunu izləyənlərə İlahi islamtimes.org saytını və onun əməkdaşlarını hifz elə Amin
Azerbaijan
Bismillah,bele bir soz varki tarix hemişe tekrarlanir ALLAH lenet etsin IBN ZIYADA,
Azerbaijan
Allahım İmam Huseynə xatir zalımlara möhlət vermə
Azerbaijan
AMIN INWALLAH
Azerbaijan
Elmara da novbə gələr bir gün inşallah
Azerbaijan
Elmarı həqiqətəndə Ibn Ziyadın aqibəti gözləyir