QR CodeQR Code

Sionsitlər Fələstin xalqının qanuni haqqlarını tanımalıdır

İslamtimes , 24 Nov 2012 20:34

İslamtimes - İran prezidenti Mahmud Əhmədinejad Fələstin müqavimət hərəkatının İsrail üzərində qələbəsini alqışlamış və demişdir ki, artıq Sionistlər yolun sonun çatıblar.


islamtimes.org/az/ - Şənbə günü Fələstin baş naziri İsmail Həniyyə ilə telefon əlaqəsi saxlayan Əhmədinejad deyib: “Sionistlər artıq yolun sonuna çatıblar və onların Fələstin xalqının qanuni haqq və hüquqlarını tanımaqdan başqa çıxış yolları yoxdur.”

O əlavə edərək deyib ki, Qəzza Zolağındakı insanlar və müqavimət hərəkatləri tərəfindən seçilən yol sonda Fələstinin azadlığına aparacaq.

İran rəhbəri həmçinin tezliklə müqəddəs Qüdsün azad ediləcəyinə və Müsəlman ümmətinin birgə səyi nəticəsində dünya boyu ədalətin bərqərar ediləcəyinə ümid etdiyini deyib.

Həniyyə isə öz növbəsində İran hökumətinə və xalqına Fələstin xalqına qəddar İsrail rejimi qarşısında dəstək olduğu üçün təşəkkür edib.

O deyib: “Fələstin xalqı öz prinsipləri uğrunda mübarizə aparırlar və heç vaxt da bu mövqedən əl çəkməyəcəklər.”


Story Code: 214892

News Link :
https://www.islamtimes.org/az/news/214892/sionsitlər-fələstin-xalqının-qanuni-haqqlarını-tanımalıdır

Islam Times
  https://www.islamtimes.org